Xəbər verdiyimiz kimi, aktyor Burak Özçivit "Kuruluş Osman" serialından ayrılıb.
Axşam.az-ın məlumatına görə, aktyor ekran işi ilə müqaviləsinə xitam verən kimi görünüşündə dəyişiklik edib. Burak obrazı üçün illərdir saxladığı saqqalını kəsib. İzləyicilərin çoxu onun yeni görünüşünün "Kara sevda" serialında rol aldığı vaxtlardakı halını xatırlatdığını yazıb.
O, Bodruma istirahətə yollanıb.
Qeyd edək ki, Özçivitin serialın hər bölümü üçün 4 milyon lirə məvacib tələb etdiyi, qarşı tərəfin isə razılaşmadığı üçün müqavilə imzalanmadığı iddia olunub.