“İçərişəhər” Qoruğuna yeni təyinat

“İçərişəhər” Qoruğuna yeni təyinat
1397 dəfə oxunub
  • A-
  • A
  • A+

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub.

Axşam.az xəbər verir ki, bu posta 2025-ci ilin aprel ayından İdarənin aparat rəhbəri vəzifəsində çalışan Fuad Xəlilov gətirilib.

Qeyd edək ki, F.Xəlilov əmək fəaliyyətinə ölkənin aparıcı banklarında başlayıb, 17 il ərzində maliyyə sektorunda müxtəlif rəhbər vəzifələrdə işləyib.