Ötən gün Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin 77 yaşı tamam olub.
Axşam.az-ın məlumatına görə, bu münasibətlə aktyor yaxınları ilə bir araya toplaşıb. O, “Nəsimi” filmində səsləndirdiyi “Sığmazam” şeirini oxuyub.
Məclisdə Əməkdar artist Fərqanə Qasımova da bir neçə mahnı ifa edib.