Navainin Rusiyadakı bütün konsertləri ləğv olunub

Navainin Rusiyadakı bütün konsertləri ləğv olunub
1262 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navainin (Nəvai Bəkirov) bütün konsertləri təxirə salınıb. 

Axşam.az xəbər verir ki, buna səbəb Ukrayna Silahlı Qüvvələrinin (VSU) pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar olub. Navai Rusiyanın cənub bölgələrindəki bütün konsertlərini ləğv edib. Bu qərar, 15-18 avqust tarixlərində Soçi, Gelencik, Krasnodar və Rostov-na-Donuda planlaşdırılan dörd konserti əhatə edir.

Navainin bu qərarı, Soçidə baş verən son PUA hücumlarından sonra verilib. 8 avqust 2025-ci ildə Soçi və ətraf bölgələrdə hava hücumu siqnalları verilib, turistlər çimərliklərdən təxliyə olunub və 50-dən çox aviareys təxirə salınıb.

Navainin meneceri Bəkir Bağırov vəziyyətlə bağlı şərh verməkdən imtina edib, lakin konsertlərin ləğvi məlumatı tədbirin keçirilməsi planlaşdırılan məkanların işçiləri tərəfindən təsdiqlənib.