Azərbaycanlı şair Bakıda küçədə ölü tapıldı

Azərbaycanlı şair Bakıda küçədə ölü tapıldı
1996 dəfə oxunub
  • A-
  • A
  • A+

Şair, jurnalist Kəramət Şükürov küçədə ölü tapılıb.

Axşam.az xəbər verir ki, bu barədə “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında bildirib.

Kəramət Şükürovun vəfat səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957- ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.