Dəqiqələr qalmış konsertini ləğv etdi

Dəqiqələr qalmış konsertini ləğv etdi
6356 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur amerikalı müğənni-aktrisa Ledi Qaqa Mayamidəki konsertinin başlamasına dəqiqələr qala onu ləğv edib.

Axşam.az xəbər verir ki, buna səbəb 39 yaşlı ifaçının səhhətində yaranan problem olub.

Qaqa səs tellərinin yorulduğunu və həkiminin məsləhəti ilə konserti ləğv etdiyini açıqlayıb. O, mahnı oxumağa özünü məcbur edəcəyi halda qalıcı zədənin yaranacağını əlavə edib və tamaşaçılardan üzr istəyib.