Hüseynin evinə hücum edən qadın saxlanıldı

Hüseynin evinə hücum edən qadın saxlanıldı
1201 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, tanınmış bloger Hüseyn Həsənov Bakıda yaşadığı evdə hücuma məruz qalması barədə məlumat yayıb. O, əvvələr tanıdığı qadının onun evinə gələrək bıçaqla hücum etdiyini bildirib.

Axşam.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli “Qafqazinfo”ya bildirib ki, bloger Hüseyn Həsənovun evinə hücum edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

“1993-cü il təvəllüdlü, psixi xəstəliklərdən əziyyət çəkən qadın saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşmış xəstəxanaya yerləşdirilməsi təmin olunub” deyə, qurum rəsmisi əlavə edib.