Astaradakı zəhərlənmə ilə bağlı araşdırmalar başladı - Yenilənib

Astaradakı zəhərlənmə ilə bağlı araşdırmalar başladı - Yenilənib
1329 dəfə oxunub
  • A-
  • A
  • A+

Astarada kütləvi zəhərlənmə olub.

Axşam.az xəbər verir ki, Astara rayonunda 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına daxil olub.

Onlardan 10 nəfər yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, onlar qidadan zəhərlənib.

***

Bu gün 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlara zəruri tibbi xidmət göstərilib:

"Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir".

***

Astarada baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.