Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı ifaçı, reper Timati (əsl adı Timur Yunusov) barəsində axtarış elan edib.
Axşam.az xəbər verir ki, onun məlumatları iyulun 1-də bazaya əlavə edilib. Bu haqda "RİA Novosti" Ukrayna hakimiyyətinin materiallarına istinadən məlumat yayıb.
İyunda təhlükəsizlik xidməti Timatiyə qarşı giriş prosedurlarını pozduğuna görə qiyabi ittiham irəli sürüb. O, Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunur. Reper həmçinin Mirotvorets saytının məlumat bazasına (Rusiyada ekstremist kimi tanınıb) əlavə edilib.
Qeyd edək ki, iyunda Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Xalq artisti Nikolay Baskovu axtarışa vermişdi. O, həmçinin Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunur.