Xalq artisti xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

Xalq artisti xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
5228 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Sərdar Fərəcov xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, APA-ya bununla bağlı məlumatı S.Fərəcovun qızı Selcan Heydərova verib.

O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir:

“Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəxstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır-stabildir”.