Moskvadakı “Aviapark” ticarət mərkəzindəki azərbaycanlı iş adamı, Xalq artisti Emin Ağalarova məxsus “Forte Bello”, “Zafferano” və “Edoko” restoranları bağlanıb.
Axşam.az xəbər verir ki, bu barədə TASS-a “Agalarov Development” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “AgalarovRest” şirkətinin müstəqil layihələrə fokuslanmaq planlarına görə restoranlar bağlanıb.
“NF Group”un pərakəndə əmlak departamentinin regional direktoru Yevgeniya Xakberdiyevanın sözlərinə görə, Emin Ağalarovun təkcə “Aviapark”da deyil, digər yerlərdə də restoranları bağlanıb.
“Əsas səbəb müəssisələrin daha az səmərəli olmasıdır. Onlar orta və yuxarı seqmentlərdə işləyirdilər, harada ki, auditoriya konseptlərin, xidmətin və təkliflərin daimi yenilənməsini gözləyir. Bu, son illərdə baş verməyib, ona görə də layihələr təbii olaraq başa çatıb, baxmayaraq ki, onlar bir çox rəqiblərdən daha uzun müddət davam edib” deyə, Yevgeniya Xakberdiyeva bildirib.