İstanbul Küçükçekmece Respublika Prokurorluğu "Can Holding" rəhbərləri Mehmet Şakir Can, Kamal Can və Kənan Tekdağ da daxil olmaqla 10 nəfər haqqında həbs qərarı çıxarıb.
Axşam.az xəbər verir ki, holdinqə daxil olan 121 şirkət, o cümlədən "Habertürk", "Show TV", "BloombergHT", Doğa Kolleci" və Bilgi Universiteti müsadirə olunub.
Saxlanılan şəxslər barəsində “cinayət təşkilatı yaratmaq”, “qaçaqmalçılıq”, “dələduzluq” və “çirkli pulların yuyulması” kimi ittihamlar irəli sürülüb.