Uzun müddətdir Bakıda olan müğənni İradə İbrahimova oğlu Əli ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi Türkiyədə olan övladını telefonla təbrik etdiyini bildirib. İ.İbrahimova oğluna zəng edərək mahnı oxuyub.
Həmin anları bölüşən sənətçi "Nə yaxşı səni dünyaya gətirmişəm" deyə, bildirib.
Əli isə "Ad günü mahnısını bir müğənnidən eşitmək gözəl oldu" deyə, anasına təşəkkür edib.
Qeyd edək ki, İradə Ceyhun adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün bir qız övladı da var. İ.İbrahimova uzun illər Türkiyədə yaşayıb və sənətdən uzaqlaşıb. Hazırda isə o, Bakıya qayıdaraq, müğənnilik fəaliyyətinə yenidən başlayıb.