"Atamın tabutunu özüm daşıdım"

"Atamın tabutunu özüm daşıdım"
2481 dəfə oxunub
  • A-
  • A
  • A+

"Atamın oğlu da, qızı da mən idim. Məndən başqa 5 uşağı olub. Heç bir qalmayıb".

Axşam.az xəbər verir ki, bu sözləri Lamiyyə Ələkbərova aparıcısı olduğu "Günorta efirdəyik" verilişində deyib. O, mərhum atasından danışarkən kövrəlib:

"Atam dünyasını dəyişəndə tabutunu özüm daşıyıb, son mənzilə yola saldım. Bu, mənim borcum idi. İstəmədim desinlər ki, "oğlu yoxdur". Elə qoy, məni oğlu kimi görsünlər".