Müğənni İradə İbrahimova anası Gülxəndə xanımınla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı anasının ad günü olduğunu bildirib:
"Canım anam, ad günün mübarək. Qəlbinin gözəlliyi, mərhəməti, xeyirxah ruhunla, gözütoxluğun, vicdanınla bizi yetişdirdin və böyük var-dövlət qoyduğunu böyüdükcə anladım. Başımızdan əskik olma. Bizə qoyduğun mirası məndə övladlarıma ötürəcəyimə söz vermişəm. Allah möhlət versin sənin yaşadıqlarını biz qızlarında yaşayaq".
