Tünzalə Ağayeva “Zəngəzur” söylədi

Tünzalə Ağayeva “Zəngəzur” söylədi
747 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Tünzalə Ağayeva “Zəngəzur" mahnısına çəkilən klipini təqdim edib.

Axşam.az xəbər verir ki, müğənni ekran işini rəsmi yutub kanalında təqdim edib. Sənətçinin klipdəki obrazı xüsusi diqqət çəkib. Libasda milli ornamentlər yer alıb.

Layihənin məqsədi milli-mədəni yaddaşın gücləndirilməsi və Qərbi Azərbaycan mövzusunun mədəni təbliğinə töhfə verməkdir.

Klipin çəkilişləri Şərqi Zəngəzur - Laçın, Qubadlı, Zəngilan rayonlarında baş tutub.