Türkiyədə yayımlanan “Kızılcık şerbeti” serialının yeni mövsümdəki ilk bölümü səs-küyə səbəb olub.
Axşam.az xəbər verir ki, Türkiyə Radio və Televiziya Şurası ekran işi ilə bağlı araşdırmaya başlayıb. Buna səbəb isə "Doğa" və "Firaz" obrazları arasında yaranan eşq macərası olub. Belə ki, ssenaridəki bu kadrlar cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
"Ailə millətimizin ən möhkəm bünövrəsidir, adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz bizi bir-birimizə bağlayan ən önəmli bağlardır. 2025-ci ilin "Ailə ili" elan edilməsi bu dəyərlərin dövlətimiz və millətimiz üçün əhəmiyyətinin ən bariz göstəricisidir. Unutmaq olmaz ki, ailəni hədəfləyən hər hansı yayım təkcə ailəmizin gələcəyinə yox, həm də gənclərimizə və cəmiyyətimizin dincliyinə də təsir edir.
“Show TV”də yayımlanan “Kızılcık Şerbeti” serialına olan ictimai reaksiyalar və İdarə Heyətimizə daxil olan şikayətlər ciddi şəkildə qiymətləndirilib. Ssenari ilə bağlı lazımı addımlar sürətlə atılacaq. Dəyərlərimizi qoruyub saxlayaraq qətiyyətli tədbirlər görəcəyik" deyə, məlumatda yazılıb.
Qeyd edək ki, serialda Doğa obrazını aktrisa Sıla Türkoğlu, Firazı isə Batuhan Bozkurt Yüzgüleç canlandırır.