“Kızılcık şerbeti”nin ssenaristi saxlanıldı

“Kızılcık şerbeti”nin ssenaristi saxlanıldı
1175 dəfə oxunub
  • A-
  • A
  • A+

“Kızılcık Şerbeti” serialının ssenaristi Merve Göntem saxlanılıb.

Axşam.az xəbər verir ki, bu bartədə İstanbul Anadolu Baş Prokurorluğundan göstəriş verilib. O, 4 il əvvəl gənc qadınların iqtisadi vəziyyəti ilə bağlı verdiyi müsahibədə işlətdiyi sözlərə görə Cihangirdəki evində saxlanılıb.

Göntemin Anadolu Ədliyyəsinə aparılacağı gözlənilir.

Qeyd edək ki, ssenarist illər əvvəl açıqlamasında "Qızlar arzularını həyata keçirmək üçün əyləncəli bir yol tapdılar. Onlar pul üçün əxlaqsız yollarla məşğul olurlar, amma nə fərqi var? Ölkənin şərtləri onlara bu imkanı verir" deyə, söyləyib.

Onu da əlavə edək ki, Türkiyə Radio və Televiziya Şurası Göntemin hazırda ssenaristi olduğu “Kızılcık şerbeti”ndə bir ailənin gəlini "Doğa" və kürəkəni "Firaz" arasında yaranan eşq macərasına görə ekran işi barəsində araşdırma başladıb.