Dünyanın ən cazibədar modellərindən olan Keyt Moss və Kara Delevin “Burberry” brendinin yeni “My Burberry” adlı ətrinin siması olublar.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onlar çəkiliş meydançasında səmimi şəkildə fotolar çəkdiriblər.
Şəkilləri fotoqraf Mario Testino ərsəyə gətirib. Keytin 40, Karanın 22 yaşı olmasına baxmayaraq, Moss olduqca gənc görünüb və Delevindən geri qalmayıb.