İspaniyanın “Atletiko-Madrid” komandasında oynayan türkiyəli futbolçu Arda Turanın sevgilisi olduğu söylənilən aparıcı Diyar Onar iddialara cavab verib.
Axşam.az-ın “Haberturk”ə istinadən məlumatına görə, ötən gün məkanlardan birində görüntülənən cütlüyün birlikdə olmaları barədə mediaya aktrisa Duyğu Çetinkaya məlumat ötürmüşdü. O hətta A.Turanın yaxın ətrafına Diyarı sevgilisi kimi təqdim etdiyini bildirmişdi.
Başqa bir iddialara görə isə, Arda ilə D.Onarı “Yeşilçam”ın əfsanəvi siması Hülya Koçiyitin nəvəsi Aslışah Alkoçlar tanış edib. Aparıcı isə bütün bu söylənilənlərə belə cavab verib:
“Arda mənim dostumdur, sevgili deyilik. Bir-birimizi çoxdan tanıyırıq. Gəzən şayiələr barədə çox danışmaq istəmirəm. Çünki belə bir vəziyyətə öyrəşməmişəm. Dostlarımla hər hansı bir məkana gedə bilərəm. Bu, qəbahət deyil”.