Böyük Britaniyada dünyada milyonda bir dəfə baş verən ehtimal gerçəkləşib.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, nigeriyalı, 32 yaşlı qara dərili bir xanımla ingilis bəyin nikahından yaşıl gözlü, ağ körpələri dünyaya gəlib. Alimlər bunun nadir hadisələrdən olduğunu bildiriblər.
Uşağın anası Katerina Hauvars iyunun 1-də doğulan Conah adlı oğullarının dəri rənginə əhəmiyyət vermədiklərini söyləyib:
“Əsas odur ki, sağlam olsun”.
Qeyd edək ki, körpənin atası Riçard Hauvars ağdərili olsa da, qaradərili xanımla nikahından doğulan oğlu anasına oxşamalı idi.