Türkiyəli aktyor İbrahim Çelikkolla münasibətlərini nikahla rəsmiləşdirməyi planlaşdıran futbolçu Arda Turanın keçmiş sevgilisi, aktrisa Sinəm Kobal ilk dəfə onunla birlikdə çəkdirdikləri şəkilləri paylaşıb.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktyorun ailəsini ziyarət edən S.Kobal İ.Çelikkolla əl-ələ fotolarını İnstaqram səhifəsində yerləşdirib.
Qeyd edək ki, onun bu şəkilləri Arda Turanın adının aparıcı Diyar Onar ilə eşq macərasında hallanmasından sonra üzə çıxarması diqqət çəkib.
Sinəm Kobalın futbolçunun acığına bu addımı atdığı söylənilir