Banunu Oksana əvəz edəcək - fotolar

Banunu Oksana əvəz edəcək - fotolar
4718 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 14-də Bakıda keçiriləcək 89-cu “Miss Globe İnternational” müsabiqəsində Azərbaycanı təmsil edəcək gözəl bəlli olub.

Axşam.az-ın məlumatına görə, bir neçə gün əvvəl yarışmadan uzaqlaşdırılan 18 yaşlı Banu Sücaini model Oksana Rzayeva əvəz edəcək. Xəbəri təsdiqləyən Oksana təəssüratlarını bizimlə bölüşüb:

“Dəvət müsabiqə təşkilatçılarından gəldi, mən də məmnuniyyətlə qəbul etdim. Özümə güvənirəm və Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram. Müsabiqədə özümü birinci yerdə görürəm. Əgər qalib gəlmək duyğum olmasa, heç bir uğur əldə etmərəm”.

Qeyd edək ki, “Baku Crystal Hall”da keçiriləcək gecənin qonaqları Demet Akalın, Asena, Gökhan Özen, İnna, Lolita, Gürkan Uyqun kimi məşhurlar olacaq. Aparıcılığı isə Burcu Əsmərsoy edəcək.