“Qala” qrupunun rəhbəri Ceyhun Əliyev yeni fotosessiya etdirib.
Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, hər bir ifaçı ildə ən az iki dəfə buna əməl etməlidir:
"Müğənni üçün yeni mahnı ortaya çıxarmaq nə qədər vacibdirsə, fotosessiya da bir o qədər önəmlidir. Bu, çəkilişin ilk hissəsidir. Açıq havada baş tutub. İkinci hissəni isə qapalı məkanda reallaşdırmışıq. Hazırda Rəhman Əliyev montaj işlərilə məşğul olur. Fotoların müəllifi isə Delledir".
C.Əliyev həmçinin yeni hazırladığı bəstəsindən söz açıb:
"Şirin dilli” adlanan mahnının müəllifi özüməm. Bu bəstəyə klip də çəkdirəcəyəm”.
Xatırladaq ki, müğənni bir müddət əvvəl "Bəlalım" adlı mahnısını ekranlaşdırıb.