Britaniyalı model Kerri Brukun sevgililərini döydüyü ortaya çıxıb.
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, model bu barədə “Up close” adlı kitabında yazıb. O, keçmiş sevgililəri –Ceyson Statham və Danni Kiprianiyə yumruq atdığını etiraf edib. Danni onun nömrəsini striptizçiyə verdiyinə, Ceyson isə Madonna və Qay Riçin toyunda Kerrinin keçmiş sevgilisi Qvins Paltrou ilə danışdığına görə Bruk tərəfindən döyülüb.
Qeyd edək ki, kişilərə qarşı zorakılıqla mübarizə aparan qurumlardan biri modelin bu hərəkətinə ictimaiyyətin sərt reaksiya göstərməməsinə təəccüblü qalıb.