Müğənni Günay İbrahimli və Elçin Cəfərov Moskvada konsert verəcəklər. Axşam.az-ın məlumatına görə, bu haqda əməkdaşımızla söhbətində “Azərbaycan Mədəniyyət Studiyası”nın rəhbəri Samirə Zeynalova deyib.
O, konsertin oktyabrın 16-da Moskvada “Bi2” klubda baş tutacağını bildirib. “Azəri Party” adlı gecədə modelyer Zümrüd Mirzəliyevanın libasları da nümayiş olunacaq:
“Konsertin digər təşkilatçısı “Nar” prodakşndır. Bu, partinin birinci hissəsidir. Bundan sonra hər ay belə tədbir baş tutacaq. Sənət aləminin tanınmış simalarının maraqlı konsertlərini təşkil edəcəyik”.
Axşam.az-ın informasiya dəstəyi ilə keçiriləcək konsertin aparıcıları ATV-də yayımlanan “Piknik” verilişindən tanıdığımız Kəmalə Piriyeva və İslam Mehrəliyev olacaq.