ATV-nin aparıcısı Zaur Baxşəliyev yeni mövsümə hazırlaşır.
Axşam.az-ın məlumatına görə, o, “Öz aramızda” verilişinin fərqli formatda ekrana gələcəyini bildirib. Hazırda Tiflisdə çəkilişlər edən Zaur fotolarını İnstaqram səhifəsində paylaşıb.
Aparıcı “Yeni bir formatla aranızda olacağıq. Hazırda “Öz aramızda” Tiflisdədir. Əminəm ki, fərqli verilişimizi görənlər çox bəyənəcəklər”, deyə bildirib.