Türkiyəli müğənni Alişan həmkarlarının geyimi ilə bağlı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, ifaçı kişi həmkarlarının transparan geyinməsini dəstəkləmədiyini vurğulayıb:
"Kişilər kişi kimi, qadınlar isə qadın kimi geyinməlidirlər. Kişilər transparan geyinməməlidirlər. Sənətçi istəsə də, istəməsə də nümunə göstərilir. Biz qlobal şəkildə işləyən məşhurlar deyilik, gəlin realist olaq. Türkiyədə çalışdığımız üçün burada müəyyən kriteriyalar var ki, onlara əməl etməliyik".