Dünyaca məşhur aktyor Terri Krüs "TRT 1"in nəhəng layihəsi olan "Mehmed Fetihler Sultanı" serialının çəkiliş meydançasına sürpriz ziyarət edib.
Axşam.az xəbər verir ki, sənətçi beynəlxalq izləyici kütləsinə sahib olan serialın çəkilişləri zamanı aktyor heyəti və yaradıcı komanda ilə görüşüb.
Krüs çəkiliş məkanlarını gəzib, səhnə arxasını yaxından izləyib və komanda ilə səmimi söhbət edib.