Bu gün aparıcı İlkin Həsəninin 42 yaşı tamam olur.
Axşam.az xəbər verir ki, aparıcının həyat yoldaşı Aysel bununla bağlı paylaşım edib. O, birgə fotolarına bunları yazıb:
"Sən mənim canım! Sən mənim özümsən! Özümü sənsiz, səni mənsiz təsəvvür edə bilmirəm artıq. Mənim bütün çatışmayan tərəflərim səninlə tamamlandı. Bax, o deyirlər, İlkinin Ayseli…O adlarımız da, biz də hər zaman yan-yana olaq. Ad günün mübarək, sevgilim".
Qeyd edək ki, cütlüyün iki övladı var.