Dünyaca məşhur supermodellər Bella və Cici Hadidin böyük bacısı Alana Hadid ailə qurub.
Axşam.az xəbər verir ki, o, "Emmi" mükafatlı prodüser Ross Uilyamsla nikah masasına əyləşib. Toy Los-Ancelesdə ataları Mohamed Hadidin iqamətgahında baş tutub.
Mərasimdə Bella və Cici, qardaşları Ənvər Hadid də iştirak ediblər. Maraqlı məqamlardan biri də gəlinin və supermodel bacıların toyda ayaqqabısız olması olub.
Qeyd edək ki, Mohammed Hadidin 6 övladı var.