“Avtoş”luq edib yola pul səpənlər saxlanıldı

“Avtoş”luq edib yola pul səpənlər saxlanıldı
714 dəfə oxunub
  • A-
  • A
  • A+

Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Axşam.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib.

Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb.