Dünya ulduzu Ledi Qaqa uzun müddətddir səhhətində yaşadığı problemi açıqlayıb.
Axşam.az xəbər verir ki, müğənni 2018-ci ildə "Ulduz doğulur" filminin çəkilişi zamanı əhval pozğunluğu üçün litiumdan istifadə etdiyini və filmdən sonra psixoloji pozuntu yaşadığını açıqlayıb.
"Bir gün tamamilə yıxıldım... Sağ qaldığım üçün özümü şanslı hiss edirəm" deyə, Ledi bildirib.
"Rolling Stone"a danışan Qaqa tamamilə sarsıldığını və uzun müddət bu problemlə mübarizə apardığını etiraf edib:
"Bir gün bacım mənə dedi: Artıq bacımı görə bilmirəm. Həmin an turnemi ləğv etdim. Psixiatrik yardım üçün xəstəxanaya getdim. Tamamilə sarsılmışdım. Çox qorxulu idi. Heç vaxt sağalmayacağımı düşündüm".