Dəb mövzusunda hər zaman fərqli zövqü ilə tanınan məşhur müğənni Ledi Qaqa “Harper’s Bazaar” jurnalının Nyu-Yorkda təşkil etdiyi moda həftəsinə qatılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, pop ulduz bu dəfə də geyimi ilə diqqəti öz üzərinə çəkib. Belə ki, o, mərasimə dərin sinə dekolteli libasla qatılıb. 28 yaşlı ifaçı qırmızı xalıda poz verərkən var gücü ilə sinəsinin görünməməsinə çalışıb.