Dünyanın ən zəngin varisi Paris Hiltonun sirri - foto
Dünya
19:13 / 06.09.14
2581dəfə oxunub
A-
A
A+
"Hilton" otellər şəbəkəsinin 33 yaşlı varisi Paris Hiltonun "İnstaqram" səhifəsində paylaşdığı şəkillərin fotoşop məhsulu olduğu sosial şəbəkələrdə hər zaman danışılırdı.
Axşam.az-ın xarici saytlara istinadən xəbərinə görə, Hiltonun İbiza istirahətindən paylaşdığı yeni görüntülər bu şayiələrin əsassız olmadığının nümunəsidir. Belə ki, ulduz öz paylaşdığı şəkillərdə paparasinin çəkdiyi fotolardan çox daha arıqdır. Onsuz da incə olan Paris, müxtəlif proqramlar işlədərək belinin daha da incə görünməsinə çalışır.