Türkiyəli müğənni Hande Yener imici ilə insanları yenə təəccübləndirib.
Axşam.az-ın türk mətbuatına istinadən məlumatına görə, Bodrumda keçirdiyi konsertdə ulduz qara tonlara üstünlük verib. Saçlarını qara rəngə boyayan müğənni pank tərzinə uyğun libasla səhnəyə çıxıb.
Qeyd edək ki, konsert boyu sənətçi həm tamaşaçıların, həm də özünün “selfi”lərini çəkərək sosial şəbəkələrdə paylaşıb.