Zaurun Günayının ad günüdür - fotolar

Zaurun Günayının ad günüdür -  fotolar
12125 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün ATV-nin aparıcısı Günay Baxşəliyevanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, aparıcını həyat yoldaşı Zaur Baxşəliyev İnstaqramda təbrik edib.

O, Günayla bağlı bunları yazıb:

"Həyatımın mənası, dünyanın ən gözəl nemətini - balamı mənə bəxş edən qadınım, səni sevirəm Günay. Həyatıma rəng qatan, mənə rahatlıq gətirən, hər zaman yüksəkdə saxlayan qadın, nə yaxşı ki, sən varsan. Səninlə bərabər olmaq yalnız məni xoşbəxt edə bilər. Ən gözəli də odur ki, sən bunun üçün cəhd etmirsən, bu sənin içindədir. Həyat dostum, bu günüm, sabahım nə yaxşı ki, doğuldun".