MMA üzrə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov teleqramın sahibi Pavel Durova müraciət edib.
Axşam.az xəbər verir ki, idmançı "X" sosial şəbəkəsində onu birlikdə məşq etməyə dəvət edib.
“Tez-tez səni idman zalında görürəm. Düşünürəm ki, artıq qardaşlığa qoşulub bizimlə birlikdə məşqə başlamağın vaxtıdır” deyə, Nurməhəmmədov yazıb.
Cavabında isə Durov “Ünvanı göndər, qardaş” sözlərini yazıb.