“Avesta” konserninin prezidenti Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) ölkələrinin gözəllik yarışmasında qalib gəlmiş 125 dünya gözəlini müəllifi olduğu “Khazar İslands”da (“Xəzər adaları”) istirahət etməyə dəvət edib.
Axşam.az Musavat.com-a istinadən xəbər verir ki, avqustun 30-da gözəllərin iştirakı ilə konsert proqramı da təşkil olunub. Konsert proqramında Azərbaycan və Türkiyə ilə yanaşı, dünyanın bir neçə ölkəsindən tanınmış ifaçılar çıxış edib.
Qeyd edək ki, “Miss Globe İnternational” müsabiqəsinin finalı sentyabrın 14-də “Crystal Hall”da baş tutacaq. “Khazar İslands” sözügedən yarışmaya sponsorluq edir.