Dünən ATV-nin aparıcısı Günay Baxşəliyeva ad gününü qeyd edib.
Axşam.az-ın məlumatına görə, aparıcı həmin günü evində, ailəsi ilə birlikdə keçirib.
Təəssüratlarını sosial şəbəkədə yazan Günay həyat yoldaşı Zaur Baxşəliyevin onun üçün aldığı brilyant üzüyün fotosunu da paylaşıb:
“Ən gözəli də elə budur... Doğmalarınla yığışıb, öz damının altında ən gözəl gününü qeyd edəsən. Bizim üçün bundan gözəl xoşbəxtlik ola bilməz. Günümün son sürprizi, çox sağ ol əzizim”.