Corc Kluni ilk dəfə nişanlısı ilə birlikdə - fotolar

Corc Kluni ilk dəfə nişanlısı ilə birlikdə - fotolar
2031 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda Florensiyada boks üzrə dünya çempionu Məhəmməd Əlinin şərəfinə ənənəvi “Döyüş gecəsi” keçirilib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, builki tədbir təkcə əfsanəvi boksçunun adına fəaliyyət göstərən “Parkinson” xeyriyyə fondunun deyil, həmçinin Andrea Boçelli adına xeyriyyə cəmiyyətinin dəstəyi ilə baş tutub.

Mərasimin qonaqları arasında aktyor Corc Kluni və vəkil Amal Alamuddin cütlüyü, Sofi Loren, Krissi Teyqen və bir sıra başqa məşhurlar yer alıb.

Qeyd edək ki, bu məclis Corc Kluni ilə nişanlısının ilk dəfə birlikdə qatıldığı tədbirdir. Gecə rəsmi və qeyri-rəsmi olmaqla iki hissədən ibarət olub. Qeyri-rəsmi hissədə qonaqlar müxtəlif əyləncəli proqramlar izləyiblər.

Tədbirin əsas məqsədi isə, parkinson xəstəliyindən (mərkəzi sinir sistemi xəstəliyi) əziyyət çəkənlərə maddi dəstək toplamaq olub.