Bu gün moda dünyasında öz fərqli tərzləri ilə seçilən bir çox ulduz var.
Axşam.az-ın məlumatına görə, rus mətbuatı özünəməxsus üslubu ilə fərqlənən ulduz bacıların siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik:
Filippe və Keyt Midlton - Şahzadə Uilyamla evlənərək şöhrət qazanan Keytin ailəsi də diqqət mərkəzindədir. Jurnalistlər məşhur bacıların geyim tərzlərində oxşarlıq olduğunu qeyd edirlər.
Beyons və Solanc - Geyim tərzlərinin çox fərqli olmasına baxmayaraq, Beyons və bacısı Solanc birlikdə qatıldıqları tədbirlərə uyğun geyinməyə diqqət göstərirlər.
Eşli və Meri Keyt Olsen - Eşli və Meri Keyt Olsen müasir dəb dünyasında artıq müəyyən bir iz buraxmış ulduzlardır. Əkiz bacılar bir neçə dəfə məşhurlar arasında “ən zövqlü” tituluna layiq görülüblər.
Viktoriya və Vanessa - Bestseller yazıçısı Daniel Stilin qızları Viktoriya və Vanessa moda sahəsində çalışırlar. Bir çox tanınmış dizaynerlə birlikdə vaxt keçirmələrinə baxmayaraq, geyim seçimində analarının tərzindən ilhamlandıqlarını bildirirlər.