Həyat yoldaşı Viktoriya Bekhemi tək qoymadı - fotolar
Dünya
16:41 / 08.09.14
1558dəfə oxunub
A-
A
A+
Futbolçu Devid Bekhem oğlu Bruklin ilə birlikdə həyat yoldaşının moda nümayişinə qatılıb.
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, müğənni və dizayner Viktoriya Bekhem Nyu-York moda həftəsində öz kolleksiyasını nümayiş etdirib.
Dizaynı özünə məxsus olan yaşıl midi ətək və tünd göy köynəklə eyni rəngli hündürdaban ayaqqabı geyinən sənətçiyə dəstək olmaq üçün həyat yoldaşı və 15 yaşlı oğlu ilk sırada yer alıb.
Devid və Bruklin Viktoriyanın podiumda sərgilədiyi libaslara uyğun olaraq geyimlərində klassik stilə üstünlük veriblər.