Türkiyəli aktrisa Nehir Ərdoğan 7 aydır birlikdə olduğu sevgilisi, rejissor Əhməd Səsigürgillə ailə qurub.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, “Silsilə” filminin çəkiliş meydanında tanış olan cütlüyün nikah mərasimində yaxınları və ailələri iştirak edib.
Toydan bir gün qabaq isə N.Ərdoğan oğlan evinin ona sürpriz etdiyi xına gecəsinə qatılmış və orada göz yaşlarını saxlaya bilməmişdi.