Dünya şöhrətli aktrisa Merilin Monro lezbiyan olub.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, yeni ortaya çıxan sənədlərə əsasən, əfsanəvi aktrisa almaniyalı müəlliməsi ilə eşq yaşayıb.
“Kolumbia Pictures” şirkətində dram müəlliməsi işləyən Nataşa Lites aktrisaya 7 il dərs deyib. Bu müddət ərzində Merilin ilə Nataşanın 2 il eyni evdə yaşadıqları məlum olub.
Qeyd edək ki, Merlinin ən yaxın rəfiqəsi olaraq tanınan Nataşanın özü aktrisanın intihar etdiyi il verdiyi müsahibəsində yaşadıqları münasibətdən danışmışdı.
Daha öncə M.Monro onunla eyni səhnəni paylaşan dostları - Con Kraford, Barbara Stanviklə də lezbiyan münasibətləri yaşadığını etiraf etmişdi.
Xatırladaq ki, aktrisa eyni dönəmdə kinoaktyorlar - Marlon Brando, Frenk Sinatrayla əlaqədə olub. O, Amerikanın keçmiş prezidenti Con Kennedi və onun qardaşı Bobi ilə də qalmaqallı macəralar yaşayıb.