Azərbaycanı Türkiyədə bu gözəl təmsil edəcək - fotolar
Şou
11:18 / 09.09.14
3057dəfə oxunub
A-
A
A+
Sentyabrın 13-də İzmirdə “ Miss Exclusive of the World 2014” beynəlxalq top model müsabiqəsinin dünya finalı keçiriləcək.
Axşam.az-ın məlumatına görə, müsabiqədə ölkəmizi Tamilla Həmidova təmsil edəcək. Bu haqda hazırda Türkiyədə olan təşkilatçı Aqil Məmiyev məlumat verib. O, 22 yaşlı Tamillanın 2 gündür ki, İzmir şəhərində olduğunu deyib:
"Hazırda iştirakçılar bir-biri ilə tanış olur, müxtəlif oyunlar oynayırlar".
Xatırladaq ki, “Miss Exclusive of the World 2014” müsabiqəsində dünyanın 33 ölkəsindən qızlar iştirak edir.
Final gecəsi Bakı vaxtı ilə saat 23:00-da “Kral TV”də canlı yayımlanacaq.