“How I Met Your Mother” (“Ananızla necə tanış oldum”) adlı serialın məşhur aktyoru Nel Patrik Harris uzun müddətdir ki, sevgilisi olan həmcinsi Devid Burtka ilə evlənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük şənbə günü, İtaliyada münasibətini rəsmiləşdirib. Nikah mərasimini yaxın dostları və ailəsiylə qeyd edən 41 yaşlı aktyor və sevgilisi Burtka, toy məclisi üçün eyni model qara kostyuma üstünlük veriblər. Mərasimin açılış mahnısını Elton Con səsləndirib.
Qeyd edək ki, cütlük 2011-ci ildə həmcins evliliklərin Nyu-Yorkda rəsmiləşdirilməsindən sonra nişanlandıqlarını elan edib. Nel Patrik və Devidin biri qız, biri oğlan olmaqla 4 yaşlı əkiz uşaqları var.