Aparıcı Zaur Nəbioğlu sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Axşam.az-ın məlumatına görə, aparıcının körpə ilə fotoları müzakirələrə səbəb olub. Z.Nəbioğlu ünvanlanan suallara belə cavab verib:
“Bu körpə həyatımın ən dəyərli varlığıdır. O qədər əzizdir ki, elə bil, öz övladımdır. Olmayanlara qismət. Mən Uğurun dayısıyam, onu dünyalar qədər istəyirəm. Nə yaxşı həyatımızda Uğur var”.