Məleykə Əsədova qızının ad gününü belə qeyd etdi – fotolar

Məleykə Əsədova qızının ad gününü belə qeyd etdi – fotolar
4378 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Məleykə Əsədovanın qızı Gülərin 9 yaşı tamam olub.

Axşam.az-ın məlumatına görə, aktrisa həmin günü yaxınları və qızının sinif yoldaşları ilə birlikdə keçirib. İnstaqram səhifəsində gecədən görüntülər paylaşan M.Əsədova təəssüratlarını bölüşüb:

“8 sentyabr – Gülərimin dünyaya gəldiyi gündür, həyatıma işıq saçan gün!  Ad günün mübarək, mələyim. Şükür sənə Allahım, nə yaxşı Gülərimi həyatıma göndərdin, məni tək qoymadın. Qızımın 9 yaşı tamam oldu. Gülərim ad günündə sinif yoldaşlarının əhatəsində özünü çox yaxşı hiss etdi. Uşaqların sevinci məni də xoşbəxt etdi. Sentyabrın 8-i mənim həyata yenidən bağlandığım gündür. Qızım yaşamaq eşqimdir. Allahım, valideynləri övladlarına, övladları da valideynlərinə çox görməsin”.