ATV-nin iki aparıcısı - Nərgiz Məmmədova və Cavid Gülün son vaxtlar sosial şəbəkədə yayılan səmimi fotoları söz-söhbətə səbəb olub.
Axşam.az-ın əməkdaşı ilə söhbətində Nərgiz dedi-qodulara son qoyub. O, Cavidlə dost olduqlarını söyləyib:
“Bütün aparıcılar iş yoldaşımdır. Hamısı ilə də səmimiyəm. Hamı ilə necə, Cavidlə də eləcə. Biz dostuq. Aramızda heç nə yoxdur. Onu dost kimi çox istəyirəm”.